La taqnatu min rahmatillah

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥٣

Qul yā'ibādiyal-ladhīna asrafū 'alā anfusihim lā taqnatū mir rahmatillāhi innallāha yaghfirudh-dhunūba jamī'an innahū huwal-ghafūrur-rahīm

(Ey Peyğəmbər! Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”

Təfsir

Ey Peyğəmbər, Allaha şərik qoşmaq və asi işlər görməklə özlərinə qar­şı həd­di aşmış qulla­rıma de: "Alla­hın rəhmətin­dən və günahlarınızı bağışlamağından ümidi­nizi üzməyin. Şüb­həsiz ki, Allah, Ona tövbə edən kimsənin gü­nahlarının hamısını bağışla­yır. Hə­qiqətən də, O, tövbə edən kimsələrin günahlarını ba­ğış­­layır və onlara rəhm edir”.

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Az-Zumar surəsini tam oxuyun

Suallar

La taqnatu min rahmatillah Quranda haradadır?

La taqnatu min rahmatillah Az-Zumar surəsi daxilindədir (39:53).