وَٱسۡتَفۡتَحُواْ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٖ ١٥
Wastaftahū wakhāba kullu jabbārin 'anīd
Peyğəmbərlər (Allahdan) yardım istədilər. Hər bir inadkar dikbaş isə ziyana uğradı.
Təfsir
Elçilər Rəbbindən düşmənlərinə qələbə çalmaq üçün yardım dilədilər. Haqq özünə bəlli olduqdan sonra ona tabe olmayıb, inadkarlıq edərək, təkəbbürlük göstərən hər bir kəs ziyana uğradı.