Ibrahim surəsi, ayə 14

14:14

وَلَنُسۡكِنَنَّكُمُ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِهِمۡۚ ذَٰلِكَ لِمَنۡ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ ١٤

Walanuskinannakumul-arda mim ba'dihim dhālika liman khāfa maqāmī wakhāfa wa'īd

Onlardan sonra da o yerdə sizi sakin edəcəyik. Bu, həm hüzurumda durmaqdan, həm də təhdidimdən qorxan kimsələr üçündür”.

Təfsir

Ey Elçilər və onlara tabe olanlar! Biz onları məhv etdikdən sonra mütləq sizi o yerdə sa­kin edəcəyik. Bu, yalan sayan kafirlərin məhv olması, onları məv etdikdən sonra o yelərdə elçiləri və möminləri sakin edilməsi Mənim əzəmətimi, hər bir halda onu gördüyümü dərk edib və onu xəbərdar etdiyim əzabdan qorxub çəkinənlərə aiddir.