وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمۡ لَنُخۡرِجَنَّكُم مِّنۡ أَرۡضِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۖ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ رَبُّهُمۡ لَنُهۡلِكَنَّ ٱلظَّٰلِمِينَ ١٣
Waqālal-ladhīna kafarū lirusulihim lanukhrijannakum min ardinā aw lata'ūdunna fī millatinā fa awhā ilayhim rabbuhum lanuhlikannaz-zālimīn
Kafirlər peyğəmbərlərinə dedilər: “Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da mütləq bizim dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
Təfsir
Elçilərin qövmlərindən olan və elçilərlə mübahisədə onlara qarşı dəlil gətirməkdən aciz qalan kafirlər belə dedilər: "Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da öz dinimizi tərk edib bizim dinimizə qayıdacaqsınız!" Allah də elçiləri sabitqədəm etmək üçün onlara belə vəhy etdi: "Biz Allah və Onun elçilərinə küfür edən zalımları mütləq məhv edəcəyik!"