كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَا بُعۡدٗا لِّمَدۡيَنَ كَمَا بَعِدَتۡ ثَمُودُ ٩٥
Ka al lam yaghnaw fīhā alā bu'dal limadyana kamā ba'idat thamūd
Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü məhv olduğu kimi, Mədyən qövmü də məhv oldu!
Təfsir
Özlərinə Allahın bəlası gəldikdən sonra sanki onlar bundan əvvəl orada heç yaşamamışdılar. Səmud qövmü Allahın qəzəbinə düçar olaraq Onun rəhmətindən qovuduğu kimi, Mədyən qövmü də Allahın qəzəbinə düçar olub Onun rəhmətindən qovuldu!