وَلَئِنۡ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ ثُمَّ نَزَعۡنَٰهَا مِنۡهُ إِنَّهُۥ لَيَـُٔوسٞ كَفُورٞ ٩
Wala'in adhaqnal-insāna minnā rahmatan thumma naza'nāhā minhu innahū laya'ūsun kafūr
Əgər insana Özümüzdən bir mərhəmət (nemət) daddırsaq, sonra da ondan onu geri alsaq, o, məyus və nankor olar.
Təfsir
Əgər Biz insana Öz tərəfimizdən sağlamlıq və zənginlik kimi bir nemət daddırsaq, sonra da həmin neməti ondan geri alsaq, o, Allahın rəhmətindən həddən artıq ümidini kəsər və Onun nemətlərinə qarşı çox böyük nankorluq edər. Allah bu nemətləri ondan geri aldıqda isə o, ona verilmiş bütün bu nemətlərin hamısın unudar.