وَلَئِنۡ أَخَّرۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِلَىٰٓ أُمَّةٖ مَّعۡدُودَةٖ لَّيَقُولُنَّ مَا يَحۡبِسُهُۥٓۗ أَلَا يَوۡمَ يَأۡتِيهِمۡ لَيۡسَ مَصۡرُوفًا عَنۡهُمۡ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨
Wala'in akkharnā 'anhumul-'adhāba ilā ummatim ma'dūdatil layaqūlunna mā yahbisuhū alā yawma ya'tīhim laysa masrūfan 'anhum wahāqa bihim mā kānū bihī yastahzi'ūn
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək, mütləq: “Onu yubadan nədir?”– deyəcəklər. Bilin ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir.
Təfsir
Əgər müşriklərə dünya həyatında layiq olduqları əzabı bir neçə gün gecikdirsək, bu zaman onlar istehza edərək və bu əzaba tələsərək: "Bu əzabın bizə gəlməsinə mane olan nədir?" – deyəcəklər. Xəbəriniz olsun ki, layiq olduğunuz əzabın Allah yanında müəyyən bir vaxtı vardır. Əzab onlara gəldiyi gün, onu heç nə onlardan dəf edə bilməyəcək, əksinə əzab onlar üzərində vaqe olacaq və bu zaman istehza və məsxərə edərək tələsdikləri o əzab onları hər bir hərəfdən bürüyüb, əhatə edəcəkdir.