Hud surəsi, ayə 78

11:78

وَجَآءَهُۥ قَوۡمُهُۥ يُهۡرَعُونَ إِلَيۡهِ وَمِن قَبۡلُ كَانُواْ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِۚ قَالَ يَٰقَوۡمِ هَٰٓؤُلَآءِ بَنَاتِي هُنَّ أَطۡهَرُ لَكُمۡۖ فَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ فِي ضَيۡفِيٓۖ أَلَيۡسَ مِنكُمۡ رَجُلٞ رَّشِيدٞ ٧٨

Wajā'ahū qawmuhū yuhra'ūna ilayhi wamin qablu kānū ya'malūnas-sayyi'āti qāla yāqawmi hā'ulā'i banātī hunna atharu lakum fattaqullāha walā tukhzūni fī dayfī alaysa minkum rajulur rashīd

Qövmü tələsik onun yanına gəldi. Onlar əvvəllər də pis işlər görürdülər. (Lut) dedi: “Ey qövmüm! Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır (onlarla evlənə bilərsiniz). Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda sizə nəsihət edə biləcək ağıllı bir kimsə yoxdurmu?”

Təfsir

Lutun qövmü, Lutun yanına gələn qonaqları ilə cinsi yaxınlıq etmək niyyətilə tələm-tələsik Lutun yanına gəldilər. Qadınları atıb şəhvətlə kişilərə yaxınlaşmaq, elə onların əvvəlki ya­ra­maz adəti idi. Lut, qonaqları qarşısında onları müdafiə edərək özünə üzür qazandırmağa çalışaraq qövmünə dedi: "Ey qövmüm! Bun­lar mə­nim qız­la­rımdır, onlarla evlənə bilərsiniz. Onlar sizin üçün, istədiyiniz murdar əməldən daha təmizdirlər. Allah­dan qorxun və qonaqlarımın ya­nında mənə xəcalət verməyin! Ey Qövmüm! Məgər aranızda sizi bu çirkin əməldən çəkindirən ağıl­lı bir insan yoxdurmu?!"