وَلَمَّا جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗا وَقَالَ هَٰذَا يَوۡمٌ عَصِيبٞ ٧٧
Walammā jā'at rusulunā lūtan sī'a bihim wadāqa bihim dhar'an waqāla hādhā yawmun 'asīb
Elçilərimiz Lutun yanına gəldikdə, Lut onlara (qonaqlara) görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.
Təfsir
Mələklər kişi qiyafəsində Lutun yanına gəldikdə, qövmündən qadınları atıb şəhvətlə kişilərə yaxınlaşan kişilərin qonaqlarına bir pislik yetirəcəklərindən kədərləndi, ürəyi sıxıldı və Lut qövmünün onun yanına gələn qonaqlarına üstün gələcəyini zənn edərək: "Bu, çox çətin bir gündür!" – dedi.