قَالَ سَـَٔاوِيٓ إِلَىٰ جَبَلٖ يَعۡصِمُنِي مِنَ ٱلۡمَآءِۚ قَالَ لَا عَاصِمَ ٱلۡيَوۡمَ مِنۡ أَمۡرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَۚ وَحَالَ بَيۡنَهُمَا ٱلۡمَوۡجُ فَكَانَ مِنَ ٱلۡمُغۡرَقِينَ ٤٣
Qāla sa'āwī ilā jabalin ya'simunī minal-mā'i qāla lā 'āsimal-yawma min amrillāhi illā mar rahima wahāla baynahumal-mawju fakāna minal-mughraqīn
(Oğlu) dedi: “Mən dağa sığınacağam, o da məni sudan qoruyacaq!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” (Sonda) dalğa onları bir-birindən ayırdı və o, suda qərq olanlardan oldu.
Təfsir
Nuhun oğlu atasına belə dedi: "Mən, suyun mənə çatmaması üçün hündür bir dağa çıxacam". Nuh oğluna dedi: "Bu gün, Allahın rəhm etdikləri kimsələrdən başqa, Onun tufan və suda boğulma əzabından heç kəs canını qurtara bilməz. Bu gün yalnız Allahın mərhəmət etdiyi qulları suda boğulmaqdan xilas ola bilərlər". Sonda dalğa Nuh və onun kafir olan oğlunu bir-birindən ayırdı və Nuhun oğlu kafir olduğu üçün tufanla suda boğulanlardan oldu.