Ghafir surəsi, ayə 78

40:78

وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ٧٨

Walaqad arsalnā rusulam min qablika minhum man qasasnā 'alayka waminhum mal lam naqsus 'alayka wamā kāna lirasūlin an ya'tiya bi'āyatin illā bi idhnillāhi fa idhā jā'a amrullāhi qudiya bil-haqqi wakhasira hunālikal-mubtilūn

Biz səndən əvvəl də elçilər göndərdik. Onlardan bəziləri haqqında sənə danışdıq, bəziləri haqqında isə danışmadıq. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməz. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar.

Təfsir

Ey Peyğəmbər, Biz səndən əvvəl də ümmətlərə bir çox elçi­lər göndərmişdik. Onlar peyğəmbərləri yalançı saymış və onlara əziyyət vermişdilər, peyğəmbərlər isə onları yalançı saymalarına və onların əziyyətlərinə səbir etmişdilər. Biz o peyğəmbərlərdən bəziləri haq­qında sənə xəbər vermiş, bəziləri haqqında isə xəbər verməmişik. Heç bir elçi pak və müqəddəs Allahın istəyi olmadan öz qövmünə Rəbbindən bir ayə (dəlil) gə­tirə bilməzdi. Odur ki, kafirlərin öz peyğəmbərlərindən ümmətlərinə ayə gətirmələrini tələb etməsi zülm sayılır. Alla­hın zəfər xüsusunda olan əmri və ya peyğəmbərlərlə onların qövmləri arasında veriləcək hökm vaxtı gəldikdə, əda­lətlə hökm veri­lər, sonra da, kafirlər həlak olar, peyğəmbərlər isə nicat taparlar. Beləliklə, insanlar arasında ədalətlə hökm veriləcək o məqamda, batil əhli öz küfrlərindən dolayı özlərini məhvə sürükləməklə ziyana uğrayacaqlar.