Ghafir surəsi, ayə 77

40:77

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ ٧٧

Fasbir inna wa'dallāhi haqqun fa immā nuriyannaka ba'dal-ladhī na'iduhum aw natawaffayannaka fa ilaynā yurja'ūn

(Ey Peyğəmbər!) Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da (göstərmədən öncə) səni vəfat etdirəcəyik. Onlar (sonda) Bizə qaytarılacaqlar.

Təfsir

Ey Peyğəmbər, qövmünün sənə verdiyi əziyyətə və səni yalançı saymasına səbir et! Alla­hın sənə zəfər bəxş edəcəyi barədə vədi haqdır, bunda heç bir şübhə yoxdur. Biz ya onlara vəd et­di­yimi­z əzabın bir qis­mini sənə bu dünya həyatda gös­tərəcək, necə ki, Bədr döyüşündə göstərdik, ya da bundan qabaq sənin həyatını sona çatdıracağıq. Qiyamət günü onlar yalnız Bizim hüzurumuza qayıdacaq, Biz də onlara əməllərinin əvəzini verəcək və onları içində əbədi qalacaqları Cəhənnəm oduna vasil edəcəyik.