Ghafir surəsi, ayə 48

40:48

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ ٤٨

Qālal-ladhīnastakbarū innā kullun fīhā innallāha qad hakama baynal-'ibād

Təkəbbür göstərənlər deyəcəklər: “Hamımız odun içindəyik. Allah artıq qulları arasında hökmünü vermişdir”.

Təfsir

Təkəbbürlü başçılar deyəcəklər: “Biz, - istər başçı, istərsə də tabe olanlar olsun, - hamımız odun içindəyik və aramızdan heç kəs heç kəsin əzabının bir hissəsini öz üzərinə götürə bilməz. Allah artıq Öz qulları ara­sında hök­m vermiş və hər kəs də layiq olan cəzanı almışdır”.