Ghafir surəsi, ayə 47

40:47

وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ ٤٧

Wa idh yatahājjūna fin-nāri fayaqūlud-du'afā'u lilladhīnastakbarū innā kunnā lakum taba'an fahal antum mughnūna 'annā nasībam minan-nār

Onlar Cəhənnəmdə bir-birilə höcətləşəcək, zəiflər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizin ardınızca gedirdik. İndi siz Cəhənnəm odunun bir hissəsini bizdən uzaq edə bilərsinizmi?!”

Təfsir

Ey Peyğəmbər, cəhənnəm əhlindən özlərinə tabe olunanlar ilə onlara tabe olanların bir-biriləri ilə mübahisə etdiklərini xatırla! O zaman tabe olan zəiflər təkəbbürlü başçılara belə deyəcəklər: “Biz dünyada azğın işlər görməkdə sizə tabe idik. İndi siz Allahın əzabının bir hissəsini öz boynunuza götürməklə onu bizdən dəf edə bilərsinizmi?!”