غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ ٣
Ghāfiridh-dhambi waqābilit-tawbi shadīdil-'iqābi dhit-tawli lā ilāha illā huwa ilayhil-masīr
Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan (Allahdandır)! Ondan başqa (ibadətə layiq) ilah yoxdur. Dönüş də Onadır.
Təfsir
Günahkarların günahlarını bağışlayan, tövbə edən qullarının tövbəsini qəbul edən, günahlarına görə tövbə etməyən kimsələrə şiddətli cəza verən, həm də, kərəm və lütf sahibi olan Allahdan. Ondan başqa haqq məbud yoxdur. Qiyamət günü insanlar yalnız Onun hüzuruna qayıdacaq və Allah, onlara layiq olduqları (mükafat və ya cəzanı) verəcəkdir.