Ghafir surəsi, ayə 4

40:4

مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ ٤

Mā yujādilu fī āyātillāhi illal-ladhīna kafarū falā yaghrurka taqallubuhum fil-bilād

Allahın ayələri barəsində yalnız kafirlər mücadilə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.

Təfsir

Allahın vəhdaniyyətinə və Onun rəsulunun doğru danışdığına dəlalət edən ayələri barəsində yalnız Allaha küfr etmiş kimsələr, ağıllarının fəsad olmasından dolayı mübahisə edər­lər. Onlara görə kədərlənmə. Onların bol ruzi və nemətlər içində yaşaması səni aldat­masın. Kafirlərə möhlət verililməsi, onları tədricən məhv etmək üçün onlara qurulmuş bir hiylədir.