هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ١٣
Huwal-ladhī yurīkum āyātihī wayunazzilu lakum minas-samā'i rizqan wamā yatadhakkaru illā man yunīb
Sizə Öz dəlillərini göstərən və sizə göydən ruzi nazil edən Odur. (Bundan) yalnız (Allaha) yönələn ibrət alar!
Təfsir
Öz qüdrətini və vəhdaniyyətini sizə bildirmək üçün kainatda və sizin özünüzdə sizə Öz dəlillərini göstərən, habelə, bitkilərdən, əkinlərdən və sairədən ruzi əldə etməyiniz üçün göydən sizə yağmur endirən məhz Allahdır. Allahın dəlillərindən yalnız ixlasla Allaha tövbə edərək Ona tərəf yönələn kimsələr ibrət alarlar!