Ghafir surəsi, ayə 14

40:14

فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ١٤

Fad'ullāha mukhlisīna lahud-dīna walaw karihal-kāfirūn

(Ey möminlər!) Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!

Təfsir

Ey möminlər, Allaha itaətdə və duada ixlaslı olduğunuz və Ona şərik qoşmadığınız halda Ona dua edin! Hətta bu əməliniz kafirlərin xoşuna gəl­mə­sə və onları qəzəbə gətirsə belə.