ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ ١٢
Dhālikum bi annahū idhā du'iyallāhu wahdahū kafartum wa in yushrak bihī tu'minū fal-hukmu lillāhil-'aliyyil-kabīr
(Onlara deyiləcək:) “Bu ona görədir ki, Tək Allah çağırıldığı zaman siz küfr edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. (Artıq) hökm Uca və Böyük Allahındır”.
Təfsir
(Onlara deyiləcək:) “Sizə verilən bu əzab ona görədir ki, tək olan Allah çağırıldığı və heç kəs Ona şərik qoşulmadığı zaman siz Ona küfr edir və Ona şəriklər qoşurdunuz. Allahla yanaşı başqa tanrılara ibadət edildikdə isə inanırdınız. İndi isə hökm Öz zatı, hörməti və qüdrəti ilə Uca və hər şeydən Böyük olan tək Allaha məxsusdur”.