Fussilat surəsi, ayə 51

41:51

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ ٥١

Wa idhā an'amnā 'alal-insāni a'rada wana'ā bijānibihī wa idhā massahush-sharru fadhū du'ā'in 'arīd

İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı dua edər.

Təfsir

Biz insana sağlamlıq, salamatlıq və başqa bu kimi nemətlər verdiyimiz zaman Allahı zikr etməkdən və Ona itaət etməkdən qafil olar və təkəbbürlə arxa çevirər. Ona xəstəlik, kasıblıq və buna bənzər bəla üz verdikdə isə uzun-uzadı Allaha dua edib başına gəlmiş bəlanı ondan sovuşdurması üçün Ona şikayətlənərək yalva­rıb-ya­xarar. Beləcə, o, nə Rəbbi ona nemət verdikdə ona şükr edər, nə də onu sınağa çəkib bəlaya düçar etdikdə səbir edər.