Fussilat surəsi, ayə 50

41:50

وَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ ٥٠

Wala'in adhaqnāhu rahmatam minnā mim ba'di darrā'a massathu layaqūlanna hādhā lī wamā azunnus-sā'ata qā'imatan wala'ir ruji'tu ilā rabbī inna lī 'indahū lalhusnā falanunabbi'annal-ladhīna kafarū bimā 'amilū walanudhīqannahum min 'adhābin ghalīz

Başına gələn zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət vardır!”– deyər. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara mütləq ağır bir əzab daddıracağıq.

Təfsir

Əgər onun başına gələn bəladan və xəstəlikdən sonra, Biz sağlamlıq, zənginlik və əmin-amanlıq daddırsaq, mütləq deyər: “Bu mənə məxsusdur, çünki mən buna layiqəm, bu mənim haqqımdır və Mən qiyamət saatının gələcəyini güman etmirəm. Əgər qiyamətin qopacağını fərz etsək belə, yenə Allah yanında mənim var-dövlətim və malım olacaq. Necə ki, mən bu dünyada o var-dövlətə layiq olduğum üçün Allah onu mənə əta edib, eləcə də, axirətdə onu mənə əta edəcəkdir.” Biz Allaha küfr edənlərə etdikləri küfr və asiliklər barədə mütləq xəbər verəcək və onlara hökmən şiddətli bir əzab daddıracağıq.