Fussilat surəsi, ayə 30

41:30

إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ٣٠

Innal-ladhīna qālū rabbunallāhu thummastaqāmū tatanazzalu 'alayhimul-malā'ikatu allā takhāfū walā tahzanū wa abshirū bil-jannatil-latī kuntum tū'adūn

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

Təfsir

Həqiqətən də: “Rəb­bi­miz Allah­dır, bizim Ondan başqa Rəbbimiz yoxdur!” – deyib sonra Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə düz yol tu­tan kəslərə, onlar ölüm ayağında ikən mə­lək­lər nazil olub onlara deyirlər: “Ölümdən və ölümdən sonra baş verəcəklərdən qorx­ma­yın və dünyada qoyub gəldiklərinizə görə kədərlənməyin! Dünyada ikən Allaha olan imanınıza və saleh əməllərinizə görə sizə vəd edilən Cən­nətlə sevinin!