Fussilat surəsi, ayə 29

41:29

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ رَبَّنَآ أَرِنَا ٱلَّذَيۡنِ أَضَلَّانَا مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ نَجۡعَلۡهُمَا تَحۡتَ أَقۡدَامِنَا لِيَكُونَا مِنَ ٱلۡأَسۡفَلِينَ ٢٩

Waqālal-ladhīna kafarū rabbanā arinal-ladhayni adallānā minal-jinni wal-insi naj'alhumā tahta aqdāminā liyakūnā minal-asfalīn

Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, biz onları ayaqlarımız altına salaq, beləcə onlar zəlillərdən (yaxud Cəhənnəmin ən aşağı təbəqəsinə düşənlərdən) olsunlar”.

Təfsir

Allaha küfr edən və Onun elçilərini yalançı sayan kimsələr deyəcəklər: “Ey Rəb­bi­miz! Cinlərdən və insan­lar­dan bizi tov­layıb yoldan çı­xardanları - küfrün əsasını qoymuş və ona dəvət etmiş İblisi, habelə, yer üzündə ilk dəfə qan tökmüş Adəm oğlunu bizə göstər, biz onları Cəhənnəm odunda ayaqlarımızın altına salaq ki, onlar Cəhənnəm əhlinin ən şiddətli əzaba düçar olan alçalmış kimsələrdən olsunlar”.