ذَٰلِكَ جَزَآءُ أَعۡدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمۡ فِيهَا دَارُ ٱلۡخُلۡدِ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ٢٨
Dhālika jazā'u a'dā'illāhin-nāru lahum fīhā dārul-khuldi jazā'a bimā kānū bi'āyātinā yajhadūn
Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələrinin cəzası olaraq orada onlar üçün əbədi yurd vardır.
Təfsir
Bu deyilən cəza, Allahın düşmənlərinin - Allaha küfr etmiş və və Onun elçilərini yalançı saymış kimsələrin cəzası – Oddur! Onlar Allahın ayələrini inkar etdiklərinə və bu ayələrin aydın və çox tutarlı olmasına rəğmən onlara iman gətirmədiklərinə görə, cəza olaraq, əbədiyyən odda qalacaq və heç vaxt oradan çıxmayacaqlar.