Kəhf surəsinin ilk on ayəsi

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ ١

Al-hamdu lillāhil-ladhī anzala 'alā 'abdihil-kitāba walam yaj'al lahū 'iwajā

Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!

Təfsir

Həmd-sənalar kamillik, izzət və cəlal sifətləri, zahiri və batini nemətləri ilə Qurani-Kərimi Öz Rəsulu Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edən və bu Quranda heç bir nöqsana yol ver­məyən Allaha aiddir!

قَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا ٢

Qayyimal liyundhira ba san shadīdam mil ladunhu wayubasshiral-mu'minīnal-ladhīna ya'malūnas-sālihāti anna lahum ajran hasanā

(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi.

Təfsir

Uca Allah Quranı, kafirləri Allah yanında gözləyən şiddətli bir əzabla qorxudan, saleh əməllər edən mö­min­lərə də onları sevindirəcək gözəl mü­ka­fatla müjdə­ verən, içərisində heç bir ziddiyyata və ya ixtilafa yol verilmədən nazil etmişdir.

مَّٰكِثِينَ فِيهِ أَبَدٗا ٣

Mmākithīna fīhi abadā

Onlar (Möminlər) orada əbədi qalacaqlar.

Təfsir

Möminlər Cənnətdə onlara bəxş edilən naz-nemətlər içərisində əbədi qa­la­caq­lar və bu nemətlər onlardan əsla geri alınmayacaqdır.

وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗا ٤

Wayundhiral-ladhīna qālut-takhadhallāhu waladā

(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi).

Təfsir

Bu Quran həmçinin: "Allah Özü­nə övlad götürmüşdür!" – de­yən yəhudi, nəsrani və bəzi müşrikləri gözləyən Allahın əzabı ilə qorxudar.

مَّا لَهُم بِهِۦ مِنۡ عِلۡمٖ وَلَا لِأٓبَآئِهِمۡۚ كَبُرَتۡ كَلِمَةٗ تَخۡرُجُ مِنۡ أَفۡوَٰهِهِمۡۚ إِن يَقُولُونَ إِلَّا كَذِبٗا ٥

Mmā lahum bihī min 'ilmin walā li'ābā'ihim kaburat kalimatan takhruju min afwāhihim in yaqūlūna illā kadhibā

Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.

Təfsir

Uca Allahın övladı olduğu barədə iddia edən bu iftiraçıların nə özlərinin nə də təqlid etdikləri ata-babalarının bir elmi, bir dəlili və ya bir sübutu vardır. Düşünmədən ağız­larından çıxartdıqları bu söz necə də çirkin bir sözdür. Onlar dedikləri bu söz, heç bir dayağa əsaslanmayan yalan­dan başqa bir şey deyildir!

فَلَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ إِن لَّمۡ يُؤۡمِنُواْ بِهَٰذَا ٱلۡحَدِيثِ أَسَفًا ٦

Fala'allaka bākhi'un nafsaka 'alā āthārihim il lam yu'minū bihādhal-hadīthi asafā

Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?

Təfsir

Ey Peyğəmbər! Onlar bu Kitaba inan­mır­lar deyə, sən qəm-qüssəyə, dərdə düşüb, kədərlə­nib özü­nü həlakmı edə­cəksən?! Onların haqqa yönəlmələri barədə sən cavabdeh deyilsən. Sənin vəzifən yalnız onları haqqa dəvət etməkdir.

إِنَّا جَعَلۡنَا مَا عَلَى ٱلۡأَرۡضِ زِينَةٗ لَّهَا لِنَبۡلُوَهُمۡ أَيُّهُمۡ أَحۡسَنُ عَمَلٗا ٧

Innā ja'alnā mā 'alal-ardi zīnatal lahā linabluwahum ayyuhum ahsanu 'amalā

Biz, insanların hansının daha gözəl əməl sahibi olduğunu sınayaq deyə, yer üzündə olan şeyləri yer üzü üçün bir zinət etdik.

Təfsir

Biz yer üzündə mövcud olan bü­tün məxluqatı, onun üçün bir zinət və bərbəzək et­dik ki, in­san­lar­dan kimin Allahı razı salan gözəl əməl edəcəyini və kimin də daha pis əməl edəcəyini sınaq­dan keçirək və beləliklə də, hər kəsə etdiyi əməlin müqabilini verək.

وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيۡهَا صَعِيدٗا جُرُزًا ٨

Wa innā lajā'ilūna mā 'alayhā sa'īdan juruzā

Biz yer üzündə olan hər şeyi (lazım gəldikdə), məhv edib qupquru bir torpağa döndərərik.

Təfsir

Biz yer üzündə mövcud olan bü­tün məxluqatı, dünya həyatı sona çatdıqdan sonra, onun məhv edib, üzərində heç bir ot birməyən quraq bir torpaq halına gətirərik. Ey ağıl sahibləri! Elə isə bundan ibrət alın!

أَمۡ حَسِبۡتَ أَنَّ أَصۡحَٰبَ ٱلۡكَهۡفِ وَٱلرَّقِيمِ كَانُواْ مِنۡ ءَايَٰتِنَا عَجَبًا ٩

Am hasibta anna ashābal-kahfi war-raqīmi kānū min āyātinā 'ajabā

Yoxsa sən mağara və Rəqim əhlinin ayələrimizdən ən təəccüblüsü olduğunumu güman edirsən?

Təfsir

Ey Peyğəmbər! Sən əshabi-kəhfin və adlarının yazılı olduğu lövhəni möcüzələrimiz­in ən qə­ri­bəsi ol­du­ğunumu zənn etmə. Çünki göylərin və yerin yaradılışı kimi bundan başqa daha da təəccüb doğuran möcüzələrimiz vardır.

إِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا ١٠

Idh awal-fityatu ilal-kahfi faqālū rabbanā ātinā mil ladunka rahmatan wahayyi' lanā min amrinā rashadā

Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.

Təfsir

Ey Peyğəmbər! Bir zaman özlərinin haqq dininə görə qaçıb ma­ğa­raya sığı­nan, Allaha iman etmiş mömin gənclərin özlərinin Rəbbinə dua edərək: "Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət əta et, günahlarımızı bağışla. Bizi düşmənlərimizdən qoru və kafirlərdən qaçıb hicrət və Sənə iman etdiyimizə görə haqq və düzgün yola yönəlməmiz üçün bizi hidayət yoluna yönəlt!" – dediklərini yadına sal.

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Al-Kahf surəsini tam oxuyun

Suallar

Kəhf surəsinin ilk on ayəsi Quranda haradadır?

Kəhf surəsinin ilk on ayəsi Al-Kahf surəsi daxilindədir (18:1-10).