أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمٗا قَدِيرٗا ٤٤
Awalam yasīrū fil-ardi fayanzurū kayfa kāna 'āqibatul-ladhīna min qablihim wakānū ashadda minhum quwwatan wamā kānallāhu liyu'jizahū min shay'in fis-samāwāti walā fil-ardi innahū kāna 'alīman qadīrā
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar, bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir.
Təfsir
Qureyşlilərdən səni yalançı sayan kimsələr yer üzündə gəzib-dolaşıb, (peyğəmbərlərini) yalançı saymış keçmiş ümmətlərin aqibətinin necə olduğunu görmürlərmi?! Məgər Allah onların məhv edərkən onların axırı pis qurtarmadımı?! Halbuki onlar qureyşlilərdən daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb qurtulacaq heç bir şey yoxdur. Həqiqətən, O, haqqı yalan sayanların nə əməllər etdiklərini biləndir, onların əməllərindən heç bir şey Ondan gizli qalmaz və Ondan yayına bilməz, üstəlik, istədiyi vaxt onları məhv etməyə də qadirdir.