ٱسۡتِكۡبَارٗا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلٗاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ٤٣
Istikbāran fil-ardi wamakras-sayyiy'i walā yahīqul-makrus-sayyi'u illā bi ahlihī fahal yanzurūna illā sunnatal-awwalīna falan tajida lisunnatillāhi tabdīlan walan tajida lisunnatillāhi tahwīlā
(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və pis hiylələr qurduqlarına görə idi. Pis hiylələr isə ancaq öz sahibini qaplayar. Yoxsa onlar əvvəlkilərin başına gələn bəlalarımı gözləyirlər?! Sən Allahın sünnəsinə heç bir əvəz tapa bilməzsən. Sən Allahın sünnəsində heç bir dəyişiklik də tapa bilməzsən.
Təfsir
Onların Allaha and möhkəm içməsi, gözəl niyyət və salamat məqsədlə yox, əksinə, yer üzündə təkəbbürlük göstərmək və insanları aldatmaq üçün idi. Yaramaz hiylələr isə ancaq öz hiyləgər sahiblərini qaplayar. Yoxsa təkəbbürlü hiyləgərlər Allahın sabit qanunu üzrə əvvəlkilərin başına gələn müsibətləri, əvvəlkilərin həlak olduğu kimi özlərinin həlak olmağını gözləyirlər?! Sən təkəbbürlülərin həlak olmasına dair, Allahın qayda-qanununda heç bir əvəz tapa bilməzsən. Belə ki, bu bəlanın qarşısı alınmaz. Həmçinin, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Belə ki, bu bəla onlardan ötüşüb, başqasını yaxalamaz. Çünki bu, dəyişməyən ilahi bir qayda-qanundur.