وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٖ مَّن فِي ٱلۡقُبُورِ ٢٢
Wamā yastawil-ahyā'u walal-amwātu innallāha yusmi'u man yashā'u wamā anta bimusmi'im man fil-qubūr
Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən.
Təfsir
Dirilərlə ölülər eyni olmadığı kimi, möminlərlə kafirlər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə, ey Peyğəmbər, qəbirlərdə olan ölülərə bənzəyən kafirlərə haqqı eşitdirə bilməzsən.