Fatir surəsi, ayə 14

35:14

إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ ١٤

In tad'ūhum lā yasma'ū du'ā'akum walaw sami'ū mastajābū lakum wayawmal-qiyāmati yakfurūna bishirkikum walā yunabbi'uka mithlu khabīr

Əgər siz onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu inkar edəcəklər. Heç kəs sənə (hər şeydən) Xəbərdar olan (Allah) kimi xəbər verə bilməz.

Təfsir

Əgər siz öz məbudlarınızı çağırsa­nız, onlar sizin duanızı eşitməzlər, çünki onlar canı və eşitmə orqanı olmayan bir əşyadırlar. Tutaq ki, duanızı eşitdilər, yenə sizə ca­vab verə bilməzlər. Onlar qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu və on­la­ra ibadət etdiyinizi danacaqlar. Ey Peyğəmbər, heç kəs pak və müqəddəs Allah ki­mi sənə doğru xəbər verə bilməz.