Fatir surəsi, ayə 15

35:15

۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ١٥

Yā'ayyuhan-nāsu antumul-fuqarā'u ilallāhi wallāhu huwal-ghaniyyul-hamīd

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.

Təfsir

Ey insanlar! Siz hər bir işinizdə və hər bir halınızda Allaha möhtacsı­nız. Allah isə zəngin­dir heç bir şeydə sizə möhtac deyil, üstəlik, dünyada və axirətdə Öz qulları üçün hazırladığı nemətlərə görə Tərifəlayiqdir.