Az-Zumar surəsi, ayə 48

39:48

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤٨

Wabadā lahum sayyi'ātu mā kasabū wahāqa bihim mā kānū bihī yastahzi'ūn

Onların qazandıqları pis əməllər özlərinə göstəriləcək və istehza etdikləri (əzab) onları bürüyəcək.

Təfsir

Onların qazandıqları pis əməl­lər - Allaha şərik qoşmaları və asilik etmələri öz­lərinə göstəriləcək və əzab onları bü­rüyəcək. O əzab ki, onlar dünyada onunla qorxudulduqda, ona istehza edərdilər.