Az-Zumar surəsi, ayə 47

39:47

وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ ٤٧

Walaw anna lilladhīna zalamū mā fil-ardi jamī'an wamithlahū ma'ahū laftadaw bihī min sū'il-'adhābi yawmal-qiyāmati wabadā lahum minallāhi mā lam yakūnū yahtasibūn

Yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də zalımların olmuş olsaydı, onlar onun hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Allahdan onlara güman etmədikləri (bir əzab) üz verəcəkdir.

Təfsir

Yer üzündə olan daş-qaşlar, sərvətlər və s. bu kimi qiymətli əşyalar, şirk və asilik etməklə özlərinə zülm edən kimsələrin olmuş olsaydı, onlar onu, dirildikdən sonra öz gözləri ilə gördükləri Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin onlar bunu edə bilməzlər. Hətta onlara fidyə vermək imkanı verilsəydi, o fidyə onlardan qəbul olunmazdı. Allahdan onlara gözləmədikləri müxtəlif növ əzablar veriləcəkdir.