وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ ٢٣
Wakadhālika mā arsalnā min qablika fī qaryatim min nadhīrin illā qāla mutrafūhā innā wajadnā ābā'anā 'alā ummatin wa innā 'alā āthārihim muqtadūn
Biz səndən əvvəl hansı bir məmləkətə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların ardınca gedəcəyik!”– dedilər.
Təfsir
Ey Peyğəmbər! Onlar yalan danışdıqları və atalarına təqlid etdiklərini dəlil gətirdikləri kimi, səndən əvvəl, hansı bir məmləkətə onun sakinlərini qorxudan bir peyğəmbər göndərdiksə, o diyarın cah-calal içində yaşayan başçıları və böyükləri dedilər: “Biz atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük və biz də, onların yolunu tutub gedəcəyik!” Sənin qövmün belə dəlil gətirənlərin birincisi deyil.