أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ ٣٣
Am yaqūlūna taqawwalahū bal lā yu'minūn
Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.
Təfsir
Yoxsa onlar: “Muhəmməd bu Quranı özündən uydurdu, bu ona vəhy edilməmişdir!” – deyirlər?! Xeyr, o, bunu özündən uydurmamışdır. Onlar iman gətirməyə təkəbbürlük edirlər deyə: "O bunu özündən uydurdu" – deyirlər.