At-Tur surəsi, ayə 32

52:32

أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ ٣٢

Am ta'muruhum ahlāmuhum bihādhā am hum qawmun tāghūn

Yoxsa onların ağılları bunu onlara əmr edir? Yoxsa onlar azğın bir qövmdürlər?

Təfsir

Yoxsa onların ağılları onlara: "Peyğəmbər kahin və dəlidir" – deməyi əmr edir?! Beləliklə də, onlar heç bir şəxsdə cəm olmayan xislətin onda olduğunu deyirlər. Əksinə, onlar hüdudları aşmış bir qövmdür. Odur ki, onlar nə şəriətə, nə də ağıla etimad edərlər.