إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ٦
Illal-ladhīna āmanū wa'amilus-sālihāti falahum ajrun ghayru mamnūn
Yalnız iman gətirib saleh əməllər edənlər müstəsnadır! Onlar üçün tükənməz mükafat vardır.
Təfsir
Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır. Belə ki, onlar qocalığın düşkün çağına çatsalar da, onları tükənməz mükafat - Cənnət gözləyir. Çünki onlar öz fitrətlərini təmizləmişlər.