يَعۡتَذِرُونَ إِلَيۡكُمۡ إِذَا رَجَعۡتُمۡ إِلَيۡهِمۡۚ قُل لَّا تَعۡتَذِرُواْ لَن نُّؤۡمِنَ لَكُمۡ قَدۡ نَبَّأَنَا ٱللَّهُ مِنۡ أَخۡبَارِكُمۡۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٩٤
Ya'tadhirūna ilaykum idhā raja'tum ilayhim qul lā ta'tadhirū lan nu'mina lakum qad nabba'anallāhu min akhbārikum wasayarallāhu 'amalakum warasūluhū thumma turaddūna ilā 'ālimil-ghaybi wash-shahādati fayunabbi'ukum bimā kuntum ta'malūn
(Döyüşdən geri dönüb) onların yanlarına qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Bundan sonrakı) əməllərinizi Allah da görəcək, Onun Rəsulu da.” Sonra isə qeybi və aşkarı Bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdikləriniz barədə xəbər verəcəkdir.
Təfsir
Müsəlmanlar cihaddan geri qayıtdıqları zaman, münafiqlər onlarla cihada getmədiklərinə görə, özlərini müdafiə etmək üçün onlara əsassız üzürlər gətirəcəklər. Allah Öz Peyğəmbərinə və möminlərə onlara belə cavab verməyi buyurur: "Yalandan üzrlər gətirərək üzrxahlıq etməyin. Gətirdiyiniz üzrlərə əsla inanmayacağıq. Allah sizin qəlbinizdə olanları bizə agah etmişdir. Sonrakı əməllərinizi Allah da görəcək, Onun rəsulu da. Görək, siz, həqiqətən də, tövbə etmisinizmi ki, Allah da tövbənizi qəbul etsin, yoxsa, yenə də öz nifaq əməllərinizə davam edirsiniz." Sonra isə siz hər bir şeyi bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin əvəzini verəcəkdir. Elə isə tövbə etməyə və saleh əməllərə etməyə tələsin!