At-Tawbah surəsi, ayə 9

9:9

ٱشۡتَرَوۡاْ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلٗا فَصَدُّواْ عَن سَبِيلِهِۦٓۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ ٩

Ishtaraw bi'āyātillāhi thamanan qalīlan fasaddū 'an sabīlihī innahum sā'a mā kānū ya'malūn

Onlar Allahın ayələrini ucuz qiymətə satır və (insanları) Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!

Təfsir

Onlar Allahın əhdlərinə vəfalı olmağı əmr edən ayələrinə tabeçilik göstərməyi, öz istəklərinin ardınca gedərək ucuz dünya malına dəyişdilər. Beləliklə də, özlərini haqqa tabe olmaqdan məhrum edərək, ondan üz çevirdilər və başqalarının da haqqa tabe olmağına mane oldular. Onların tutduqları iş ne­cə də pisdir!