كَيۡفَ وَإِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ لَا يَرۡقُبُواْ فِيكُمۡ إِلّٗا وَلَا ذِمَّةٗۚ يُرۡضُونَكُم بِأَفۡوَٰهِهِمۡ وَتَأۡبَىٰ قُلُوبُهُمۡ وَأَكۡثَرُهُمۡ فَٰسِقُونَ ٨
Kayfa wa in yazharū 'alaykum lā yarqubū fīkum illan walā dhimmatan yurdūnakum bi afwāhihim wata'bā qulūbuhum wa aktharuhum fāsiqūn
Necə ola bilər ki?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.
Təfsir
Axı onların sizinlə düşmən olduqları bir halda, onlar ilə sizin aranızda əhdin və toxunulmazlığın təmin ediləsi necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə Allahın hökmlərinə, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət edərlər. Əksinə sizə ən ağır işgəncələr verərlər. Qəlblərində olanlarla əməllərində göstərtdikləri düz gəlmədiyi bir halda, dildə sizə yalandan gözəl söz söyləməklə sizi razı salmağa çalışarlar. Onlar dediklərinə vəfalı olmazlar. Onların çoxu əhlərini pozduqları üçün Allahın itaətindən çıxmış kimsələrdir.