At-Tawbah surəsi, ayə 86

9:86

وَإِذَآ أُنزِلَتۡ سُورَةٌ أَنۡ ءَامِنُواْ بِٱللَّهِ وَجَٰهِدُواْ مَعَ رَسُولِهِ ٱسۡتَـٔۡذَنَكَ أُوْلُواْ ٱلطَّوۡلِ مِنۡهُمۡ وَقَالُواْ ذَرۡنَا نَكُن مَّعَ ٱلۡقَٰعِدِينَ ٨٦

Wa idhā unzilat sūratun an āminū billāhi wajāhidū ma'a rasūlihista'dhanaka ulut-tawli minhum waqālū dharnā nakum ma'al-qā'idīn

“Allaha iman gətirin və Onun Rəsulu ilə birlikdə cihad edin!”– deyə bir surə nazil edildikdə onların var-dövlətə sahib olanları səndən icazə istəyib: “Bizi burax (evdə) oturanlarla (zəyiflər və xəstələrlə) birlikdə qalaq!”– dedilər.

Təfsir

Allah, Peyğəmbəri Muhammədə (sallallahu aleyhi və səlləm) Allaha iman gətirməyi və Onun yolunda cihad etməyi əmr edən bir su­rə nazil etdiyi zaman, onlardan var-dövlətə ma­lik olanları sən­dən cihada getməyib, geridə qalmaları üçün icazə istə­yib: "Bizə izin ver, evdə qalan zəiyf və xəstələrlə bir­likdə evlərimizdə qa­laq!" – deyərlər.