وَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَأَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ ٨٥
Walā tu'jibka amwāluhum wa awlāduhum innamā yurīdullāhu an yu'addhibahum bihā fid-dunyā watazhaqa anfusuhum wahum kāfirūn
Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və canlarının kafir olaraq çıxmasını istəyir
Təfsir
Ey Peyğəmbər! Münafiqlərin nə var-dövləti, nə də ki, oğul-uşağı səni təəccübləndirməsin. Allah münafiqlərə bu var-dövlət və oğul-uşaqla ancaq dünya həyatında bunları cəm edib, ərsəyə gətirmək üçün məşəqqətlərə qatlaşmaqla onlara əzab vermək, ruhları canlarından kafir olduqları halda çıxararaq, canlarını almaq istər.