فَرِحَ ٱلۡمُخَلَّفُونَ بِمَقۡعَدِهِمۡ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓاْ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَقَالُواْ لَا تَنفِرُواْ فِي ٱلۡحَرِّۗ قُلۡ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرّٗاۚ لَّوۡ كَانُواْ يَفۡقَهُونَ ٨١
Farihal-mukhallafūna bimaq'adihim khilāfa rasūlillāhi wakarihū an yujāhidū bi amwālihim wa anfusihim fī sabīlillāhi waqālū lā tanfirū fil-harri qul nāru jahannama ashaddu harral law kānū yafqahūn
(Döyüşə getməyib) arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm atəşi daha hərarətlidir!” Kaş anlayaydılar.
Təfsir
Təbuk döyüşündə iştirak etməyib, Allah yolunda cihad etməkdən arxada qalan münafiqlər Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar möminlərin cihad etdikləri kimi Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və öz münafiq qardaşlarının cihada çıxmalarına mane olaraq: "Bu qizmar günəş altında döyüşə çıxmayın!" – dedilər. O zaman Təbuk isti vaxtlara təsadüf etmişdir. Ey Peyğəmbər! Onlara belə de: "Münafiqləri gözləyən Cəhənnəm atəşi, qaçdığınız bu dünyanın istisindən daha şiddətlidir!" Kaş onlar bunu anlayaydılar!