At-Tawbah surəsi, ayə 80

9:80

ٱسۡتَغۡفِرۡ لَهُمۡ أَوۡ لَا تَسۡتَغۡفِرۡ لَهُمۡ إِن تَسۡتَغۡفِرۡ لَهُمۡ سَبۡعِينَ مَرَّةٗ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ٨٠

Istaghfir lahum aw lā tastaghfir lahum in tastaghfir lahum sab'īna marratan falan yaghfirallāhu lahum dhālika bi annahum kafarū billāhi warasūlihī wallāhu lā yahdil-qawmal-fāsiqīn

(Ey Muhamməd) Onlar (münafiqlər) üçün bağışlanma diləsən də, diləməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən də belə, Allah onları əsla bağışlamayacaqdır. Bu, onların Allahı və Onun Rəsulunu inkar etdiklərinə görədir. Allah fasiq bir qövmü doğru yola yönəltməz.

Təfsir

Ey Peyğəmbər! Münafiqlərin bağışlanması üçün Allaha dua et­sən də, etməsən də, hətta on­lar üçün yet­miş dəfə bağış­lan­ma diləsən belə, bu sayın çoxluğuna rəğmən, yenə də on­la­r Allahın məğfirətinə əsla nail ola bilməyəcəklər. Bu on­ların, Allaha və Onun Elçisinə küfür etdiklərinə görədir. Allah bilərəkdən Onun şəriətindən uzaqlaşan insanları haqq yo­luna müvəffəq etməz.