وَمَا مَنَعَهُمۡ أَن تُقۡبَلَ مِنۡهُمۡ نَفَقَٰتُهُمۡ إِلَّآ أَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأۡتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمۡ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمۡ كَٰرِهُونَ ٥٤
Wamā mana'ahum an tuqbala minhum nafaqātuhum illā annahum kafarū billāhi wabirasūlihī walā ya'tūnas-salawāta illā wahum kusālā walā yunfiqūna illā wahum kārihūn
Onların sərf etdiklərinin qəbul olunmasına mane olan yalnız, Allaha və Onun Elçisinə küfr etmələri, namaza tənbəlliklə gəlmələri və (mallarını) istəmədikləri halda xərcləmələridir.
Təfsir
Onların Allah yolunda sərf etdiklərinin qəbul olunmamasının yalnız üç səbəbi vardır. Birincisi: Allah və Onun Rəsuluna küfür etmələri. İkincisi: Namazı tənbəlliklə qılmaları. Üçüncüsu: Mallarını könül xoşluğu ilə deyil, könülsüz xərcləmələridir. Onlar nə namaza qıldıqda, nə də ki, xərclədikdə savabını Allahdan gözləməzlər.