قُلۡ أَنفِقُواْ طَوۡعًا أَوۡ كَرۡهٗا لَّن يُتَقَبَّلَ مِنكُمۡ إِنَّكُمۡ كُنتُمۡ قَوۡمٗا فَٰسِقِينَ ٥٣
Qul anfiqū taw'an aw karhal lan yutaqabbala minkum innakum kuntum qawman fāsiqīn
De: “İstər könüllü, istərsə də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq bir qövm oldunuz!”
Təfsir
Ey Peyğəmbər! Onlara de: "İstər könüllü, istərsəniz də ki, könülsüz olmasından aslı olmayaraq nə xərcləyirsinizsə xərcləyin, Allaha küfür edib, Onun itaətindən çıxdığınız üçün onsuz da xərclədikləriniz sizdən qəbul edilən deyildir.