At-Tawbah surəsi, ayə 42

9:42

لَوۡ كَانَ عَرَضٗا قَرِيبٗا وَسَفَرٗا قَاصِدٗا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتۡ عَلَيۡهِمُ ٱلشُّقَّةُۚ وَسَيَحۡلِفُونَ بِٱللَّهِ لَوِ ٱسۡتَطَعۡنَا لَخَرَجۡنَا مَعَكُمۡ يُهۡلِكُونَ أَنفُسَهُمۡ وَٱللَّهُ يَعۡلَمُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ٤٢

Law kāna 'aradan qarīban wasafaran qāsidal lattaba'ūka walākim ba'udat 'alayhimush-shuqqatu wasayahlifūna billāhi lawistata'nā lakharajnā ma'akum yuhlikūna anfusahum wallāhu ya'lamu innahum lakādhibūn

Əgər səfəriniz gəlir gətirən və rahat bir yolçuluq olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol (Təbuk səfəri) onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– (deyə) Allaha and içəcəklər. Onlar özlərini həlaka sürükləyirlər. Allah onların yalançı olduqlarını bilir.

Təfsir

Ey Peyğəmbər! Əgər səfəriniz asan əldə edilən qənimət və yüngül bir səfər ol­say­dı, bu zaman cihada çıxmayıb evlərində qalmaq üçün səndən izin istəyən münafiqlər mütləq sənin ardınca ge­dərdilər. Lakin onları səfərə çıxmaqa çağırdığın yol, əziy­yətli bir yol olduğu üçün bu yol onlara çə­tin gəldi. Sən səfərdən qayıtdıqdan sonra onlar səni yanına gələrək: "Əgər sizinlə cihada çıxmaqa taqətimiz ol­saydı, biz də si­zin­lə bəra­bər çı­xar­dıq!" – deyə Alla­ha and içəcək­lər. Onlar həm döyüşdən geridə qaldıqlarına və həm də ki, yalandan Allaha and içdiklərinə görə öz­lə­ri­ni Allahın əzabına məruz qoyaraq həlak edirlər. Allah on­ların yalan danışdıqlarını və həmçinin yalandan Allaha and içdiklərini bilir.