عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُواْ وَتَعۡلَمَ ٱلۡكَٰذِبِينَ ٤٣
'Afallāhu 'anka lima adhinta lahum hattā yatabayyana lakal-ladhīna sadaqū wata'lamal-kādhibīn
Allah səni bağışlasın! Doğru söyləyənlər sənə bəlli olmamış, yalançıları da tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izin verdin?
Təfsir
Ey Peyğəmbər! Onların döyüşdən geri qalmaları üçün ictihad edərək onlara izin verdiyinə görə Allah səni bağışlasın! Axı sən onların döyüşdən geri qalmalarına nə üçün izin verdin? Əgər belə etməsəydin onlardan doğru danışaraq üzürlü səbəbdən döyüşə qatılmayanlar, yalan danışaraq döyüşdən geridə qalanlar sənə bəlli olardı bu zaman onlardan doğru danışanlara izin verib, yalançılara isə izin verməzdin.