فَسِيحُواْ فِي ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرٖ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِي ٱلۡكَٰفِرِينَ ٢
Fasīhū fil-ardi arba'ata ashhurin wa'lamū annakum ghayru mu'jizillāhi wa annallāha mukhzil-kāfirīn
Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rəzil edəcəkdir.
Təfsir
Ey müşriklər! Elə isə yer üzündə dörd ay müddətində əmin-amanlıqla gəzib dolaşın. Bu müddət bitdikdən sonra sizin heç bir toxunulmazlıq və əhdiniz yoxdur. Siz nə qədər Allaha küfür etsəniz də, Onun əzabından qaçıb yaxa qurtara bilməyəcəyinizə yəqin olun və bilin ki, Allah kafirləri bu dünya da ölüm və əsir düşməklə, axirətdə isə onları cəhənnəm oduna varid etməklə rüsvay edəcəkdir. Allahın bu hökmü, əhdlərini pozan və ya daimi əhdləri olub, əhdlərini pozmayan kafirlərə aiddir. Amma əhdləri hətta dörd aydan çox olaraq müəyyən bir vaxta qədər əhd bağlamış kafirlərə gəldikdə isə belə kimsələrin əhdləri, əhd bağladıqları vaxtın bitməsinə kimidir.