بَرَآءَةٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ١
Barā'atum minallāhi warasūlihī ilal-ladhīna 'āhattum minal-mushrikīn
Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması barədə) bir xəbərdarlıqdır.
Təfsir
Ey müsəlmanlar! Bu, Allah və Onun Rəsulu tərəfindən Ərəb yarımadasında yaşayan əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin sona çatdığı barədə bir xəbərdarlıqdır.