۞ أَجَعَلۡتُمۡ سِقَايَةَ ٱلۡحَآجِّ وَعِمَارَةَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ كَمَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَجَٰهَدَ فِي سَبِيلِ ٱللَّهِۚ لَا يَسۡتَوُۥنَ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٩
Aja'altum siqāyatal-hājji wa'imāratal-masjidil-harāmi kaman āmana billāhi wal-yawmil-ākhiri wajāhada fī sabīlillāhi lā yastawūna 'indallāhi wallāhu lā yahdil-qawmaz-zālimīn
Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında (əsla) eyni olmazlar. Allah zalım qövmü doğru yola yönəltməz.
Təfsir
Ey müşriklər! Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha iman gətirib, Ona heç bir şeyi şərik qoşmayan və qiyamət gününə imanan, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün canı və malı ilə Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Məgər siz bu iki dəstəni Allah qatında fəzilət baxımından eyni dərəcədə edirsiniz? Bilin ki, onlar Allahın yanında əsla eyni dərəcədə ola bilməzlər. Allah zalım qövmü, hacılara su vermək kimi yaxşı əməllər etsələr də belə, şirk etdiklərinə görə doğru yola müvəffəq etməz.